“İkinci cəbhəni” açılır
Moskva istədiyini əldə etmək üçün müharibənin ilk dövründəki vəziyyəti yaratmalıdır
Asir NƏRİMANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Rusiyanın Kiyevi bombalamasından sonra Lukaşenko Belarusun müharibəyə qoşula biləcəyinin anonsunu verdi. Batkanın sözlərindən bəlli olur ki, Kiyevə qarşı ikinci cəbhənin açılması planı hazırdır.
Müharibənin ilk günündə rusların Belarus sərhədindən Ukraynaya müdaxilə etdiyi təcrübəsi fonunda indi “hücum edən niyə xəbərdarlıq edir” sualı da yaranır: mümkündür ki, Putin bu istiqamətdən hələki hücuma keçməkdə tələsmir, daha çox “ikinci cəbhəni” aça biləcəyini göstərmək və bununla istəyini əldə etməyə çalışır.
Rusiya çalışır ki, Ukrayna torpaqlarının ilhaqından sonra müharibə onun şərtlərinin nəzərə alındığı müzakirə masasında yekunlaşsın. Lakin müharibənin ilk dövründən fərqli olaraq, hazırda Kiyevin əli daha güclüdür və rusların şərtləri ilə masaya gəlməyəcək, gəlsələr də öz şərtlərini diktə edəcəklər. Moskva istədiyini əldə etmək üçün Kiyevi müharibənin ilk dövründəki vəziyyətə salmalıdır. Və bunun üçün:
– Nüvə şantajını yenilənməklə Qərbin praktiki müdaxiləsinin qarşısını alır;
– Böyük şəhərləri bombalamaqla psixoloji təzyiq yaradır;
– Belarus üzərindən ikinci cəbhəni açmaqla Ukrayna qüvvələrini parçalayır.
Bu addımlar Putinin ilhaq edilən ərazilərdə möhkəmlənmək və Kiyevi masaya gətirmək planının bir hissəsi kimi görünür.
Nüvə şantajı və raket hücumlarından sonra Belarusdan cəbhə açılması xəbərdarlığı da Ukraynanı danışıqlara məcbur etmək gedişi olaraq görünür. Rusiya bu planla Qərbin də mövqeyinə təsir edə biləcəyini hesablayır: Qərb cəbhəsinin Putinə qarşı birləşməsinə zəmin yaradan əsas amillərdən biri Kiyevin sona qədər dirənişidir, Ukrayna iki cəbhədə döyüşməli olarsa, bu əlavə çətinliklər yarada bilər;
İkinci cəbhə xəbərdarlığı fonunda Peskovun “Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifini müzakirə edə bilər” açıqlaması da Rusiyanın atdığı addımların müharibəni bitirməyə hesablandığı fikrini gücləndirir.
Hərçənd, bu, birinci mərhələdir və Rusiyanın raket zərbələri və ikinci cəbhə xəbərdarlığı ilə Kiyevi geri çəkilməyə məcbur edəcəyi ehtimalı azdır. Bu baxımdan, Belarus üzərindən ikinci cəbhənin açılacağı gözləntisi artır.