vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
14:46 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Beynəlxalq agentlikdən böhran xəbərdarlığı

“Külli miqdarda ixtisarları” təhlükəsizliyi riskə atır

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Enerji Agentliyi (İEA) xəbərdarlıq edib ki, “OPEC+”un hasilatı azaltmaq barədə qərarı neft qiymətlərini qlobal iqtisadiyyatı böhrana sürükləyən səviyyələrə yüksəltmək riski daşıyır.

Parisdə yerləşən agentlik aylıq hesabatında bildirib ki, “OPEC+”un “külli miqdarda ixtisarları” bütün dünyada enerji təhlükəsizliyi risklərini artırır.

Artan qiymətlərin bazar oynaqlığını gücləndirdiyini qeyd edən agentlik, “Neft qiymətləri onsuz da tənəzzül ərəfəsində olan qlobal iqtisadiyyat üçün qırılma nöqtəsi ola bilər” deyib.

Qurum inflyasiyadan tutmuş yüksək faiz dərəcələrinə qədər bir çox iqtisadi faktorlara görə, gələn il üçün neftə tələbin artması üzrə proqnozunu gündəlik 470 min barel azaldaraq 1,7 milyon barelə endirilib. Neftə tələbatın 2023-cü ildə gündəlik 101,3 milyon barel təşkil edəcəyi  gözlənilir.