vaxtlı-vaxtında oxuyun! Cümə, 10 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
17:12 | 17 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 798 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Terrorçulardan İrana dəstək

“Hizbullah” fars-molla rejiminə köməyə gəldi

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hökuməti etirazların yatırılmasında xarici muzdlulardan istifadə edir. Bu barədə “Jerusalem Post” qəzeti məlumat dərc edib.

Qəzetin yazdığına görə, İran hökuməti ölkədə baş verən kütləvi nümayiş aksiyalarını yatırmaq üçün “Hizbullah” və “Həşd-Şəəbi” qruplaşmalarının xidmətindən istifadə edir.

“Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən yazır ki, İranın müxtəlif şəhərlərində, o cümlədən Tehranda repressiv hökumət qüvvələri arasında Livan ləhcəsi ilə ərəbcə danışan şəxslərə rast gəlinib.

Qəzetin bildirdiyinə görə, həmin şəxslər İranda hökumət əleyhinə etiraz dalğasının zorakılıqla yatırılmasına cavabdeh olan yüzlərlə polis, SEPAH və “Bəsic” qüvvələrinə kömək edir.

Qeyd edək ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi.