“Yanlış yol seçiblər”
İranda daha 2 Fransa vətəndaşı tutulub
CAVİDAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Hüccətül-İslam” necə Ayətullah oldu?
Dini lider Əli Xamenei oğlunu hakimiyyətə hazırlayır
-
Rəisi kim idi?
İndi nə olacaq?
-
Rəsini kim əvəzləyəcək?
İran prezidentinin olmadığı müddətdə proses necə gedəcək?
-
Qəzadan sağ çıxan olmayıb
İran dövlət televiziyası Prezident Rəisi və xarici işlər naziri Abdullahiyan həlak olduğunu təsdiqləyib
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
İki general öldürüldü
İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər
-
İsrailin Hələbə hücumu
Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
-
İran elitasında parçalanma?
Uğurlu inqilab üçün əsas amil
-
Xalqa qarşı 9500 “Hizbullah”çı ...
Molla rejimi etirazçılara qarşı Yəmən, İraq və Əfqanıstandan terrorçular gətirir?
Fransanın xarici işlər naziri Ketrin Kolonna bu ölkənin daha iki vətəndaşının İranda həbsdə olduğu ehtimalını və ümumilikdə İranda həbsdə olan Fransa vətəndaşlarının ümumi sayının 7 nəfərə çatdığını açıqlayıb: “Şantajın hədəfi biziksə, yanlış yol seçiblər”.
“Reuters” xəbər agentliyinin məlumatına görə, Fransanın xarici işlər naziri saxlanılan digər iki vətəndaşla bağlı narahatlığını ifadə edərək, “Biz ziddiyyətli məlumatları yoxlamağa çalışırıq”, – deyib.
“Figaro” qəzeti bu iki vətəndaşın İranda etiraz nümayişlərinin başlamasından əvvəl həbs olunduqlarını yazıb.
Qeyd edək ki, İran İslam Respublikası Radio və Televiziya Şirkətinə bağlı ərəb dilli “Əl-Aləm” telekanalı oktyabrın 6-da iki Fransa vətəndaşının məcburi etiraflarını yayıb.
Onların beş ay əvvəl “İslam Respublikasını devirmək üçün inqilaba hazırlıq işləri aparmaq məqsədilə İrana səfər etdikləri”ni iddia edib.
İki Fransa vətəndaşından yayımlanan videoda xanım Sisli Kuller hicab taxır və özünü “Fransa Xarici Təhlükəsizlik Xidmətinin kəşfiyyat və əməliyyat məmuru” kimi təqdim edir. Jak Perri də bu videoda “Fransa xarici təhlükəsizlik xidmətində məqsədimiz İran hökumətinə təzyiq etməkdir”, – deməyə məcbur edilib.
Fransalı məhbusların etiraflarının məcburi yayımı Avropa Birliyinin Məhsa Əmininin ölümündə və İranda xalq etirazlarının geniş şəkildə yatırılmasında iştirak edən şəxslər və qurumlara sanksiya qərarı verməsi ərəfəsində həyata keçirilir.
İran İslam Respublikası hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.
Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.
Onlar azadlığa çıxandan sonra etiraflarını qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.