vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
09:31 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xaş-xaş suyu ilə yetişdirilən fəlakət

“İlahi, müqəddəs külək” və ölüm mələyi

Ş.CABBARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

İslam aləmində ilk kamikadzelərə İsmailli təriqətinin hökm sürdüyü zamanlarda rast gəlinir. Onlara “Xaşxaşilər” deyilirdi. Rəhbərləri Həsən Səbbah qurbanlarına təlimlərdə xaş-xaş suyu içirib, onlara cənnət təsəvvürü verirdi.

Sui-qəsdçilərə aşılanırdı ki, günahsız insanları da özünlə birlikdə öldürsən, onların savabına sən də cənnətə düşəcəksən. Nə qədər çox insan ölərsə, bir o qədər çox “savab” qazanarsan. 

Çünki onları bu pis dünyadan tez aparacaqsan, onlar  günahlar etməkdən qurtulacaqlar. Ona görə də, “savablar” çoxalar.

İndi təriqətlər, inanclar, məqsədlər fərqli olsa da, mahiyyət etibarı ilə bu gün də eyni təlimlər verilir və kamikadzelər daha çox insan olan yerlərdə özlərini partladırlar.

Kamikadze sözü isə yapon sözüdür – “İlahi, müqəddəs külək” deməkdir. 1274-cü ildə Monqol ordusu qayıqlarla Yapon adalarına yan almaq istəyəndə, güclü tayfun küləyi onları batırmışdı. Yaponlar həmin fırtınaya “Kamikadze” adı verdilər. 

1944-1945-ci illərdə isə yaponlar ABŞ donanmalarına qarşı xüsusi pilot dəstəsi hazırladılar və onlara “kamikadze” adı verdilər. 

Həmin kamikadzelər – intiharçı pilotlar kimi idarə etdikləri qırıcıları ABŞ gəmilərinə çırpırdılar. Özləri də ölürdülər, təbii ki. Onlar bu işi çox böyük həvəslə və zövqlə edirdilər. Kamikadzelər çoxsaylı hərbi donanma gəmisini ABŞ radarlarına yaxalanmadan məhv etmişdilər.

Bu bəlalar bu gün də davam edir...