vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
08:43 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar zəifləyir

Avro və qızıl bahalaşırkən, neft ucuzlaşır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə ABŞ-da inflyasiya göstəriciləri gözləntilərin altında qaldıqdan sonra dollar indeksində və istiqraz gəlirlərində sürətli geriləmə müşahidə olunub. Avro son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bu gün dollar indikatoru 107-nin altında qərarlaşırkən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi də 4 faizin altına düşüb. Təhlillərə əsasən dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, avronun məzənnəsi 1.05 hədlərinə kimi bahalaşa bilər.

Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq əmək bazarı, saat 14:00-da avrozonada dərc olunacaq ÜDM, həmçinin 17:30-da ABŞ-dan gələcək İstehsal Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.

Ucuzlaşan dollar fonunda qızıl 1770 dolların üzərinə çıxıb. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri, 1773 dolların üzərində möhkəmlənə bilsə, 1790 dollara kimi bahalaşa bilər. 

OPEC-in noyabr ayı üzrə aylıq “Neft Bazarı Hesabatı”na əsasən 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozlar sutkada 0.1 milyon barel azaldılaraq 2.5 milyon barelə endirilib. OPEC həmçinin 2023-cü il üçün olan neftə tələbat artımı proqnozunu da sutkada 0.1 milyon barel azaldaraq 2.2 milyon barelə endirib. Nəticədə Beynəlxalq enerji birjalarında neftin qiymətləri yenidən 94 dollara kimi ucuzlaşıb. Hazırda 93.84 dollardan təklif olunan “Brent” markalı neftin 1 barelinin qiyməti 91.60 dollara kimi ucuzlaşa bilər.