vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
12:21 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azadlığa qədər sizinləyik”

Bill Klintondan İran xalqlarına mesaj

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidentlərindən olan Bill Klinton İranda etirazçılara dəstək verib. Bu videomüraciətdə o, iranlıların, xüsusən də azadlıqları uğrunda mübarizə aparan qadın və qızların cəsarəti qarşısında baş əydiyini bildirib.

“Bu mübarizə hicab məsələsindən kənara çıxır və fundamental hüquqlar, söz və sərbəst toplaşma azadlığı, hicabsız və sərbəst şəkildə məhkəməyə müraciət etmək, həmçinin onların özləri və uşaqları üçün çox əziz olan arzularını yerinə yetirmək və gələcəklərini qura bilmək hüququ haqqındadır”, –deyə Klinton qeyd edib.

O, İran hökumətindən repressiyaları dayandırmağı, girov götürdüyü, həbs etdiyi və bir çoxunun tibbi müalicəyə ehtiyacı olan məhbusları sərbəst buraxmağı tələb edib.

“İran xalqının bizə ehtiyacı var. Onlar bizim beynəlxalq birliyin bir parçası olmaq istəyirlər”,deyən Amerikanın keçmiş prezidenti bildirib.