vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
16:10 | 2 noyabr 2022 | Çərşənbə Məqaləyə 307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ÜDM proqnozların altında qaldı

Ehtimal edilənlərin beşdə biri qədər artım olub

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Avrozona iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0.2 faiz böyüyüb.

Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci il üçün Avropa İttifaqı (Aİ) və Avrozonanın üçüncü rübündə artım templəri ilə bağlı aparıcı məlumatları dərc edib.

Hesabata görə, 19 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş Ümumi Daxili Məhsul (ÜDM) üçüncü rübdə bir əvvəlki rüblə müqayisədə 0.2 faiz artıb. Lakin proqnozlar ÜDM-in 1 faiz artması yönündə idi. Beləliklə, Avrozonada iqtisadi inkişaf səviyyəsi bazar gözləntilərindən geri qaldı.

Avrozonada ÜDM 2022-ci ilin üçüncü rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz artıb.

AB-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM üçüncü rübdə bir əvvəlki rüb görə 0.2 faiz, bir əvvəlki ilin eyni dövrünə görə isə 2.4 faiz çoxalıb.