vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
00:14 | 24 noyabr 2022 | Cümə axşamı Məqaləyə 1285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İranda vəziyyət kirtikdir”

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı həyəcan təbili

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin İnsan Haqları üzrə Ali komisarı Volker Türk İran hakimiyyətinin ümumxalq etirazlarına reaksiyasının aqressivləşməsinə toxunaraq, son iki ayda etirazlarda ən azı 300 nəfərin həlak olduğunu bildirib.

BMT İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lourens noyabrın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması, o cümlədən iki uşağın ölümü və təhlükəsizlik qüvvələrinin reaksiyasının zorakı xarakter alması ölkədəki vəziyyətin böhranlı həddə çatdığını təsdiqləyir.

BMT İnsan Haqları Şurası bu həftə Cenevrədə İranda etirazların vəziyyətini nəzərdən keçirmək üçün iclas keçirməyə hazırlaşır. Görüşdə bir sıra diplomatların, etiraz şahidlərinin və qurbanların iştirakı gözlənilir.

İclasda təklif edilən məsələlərdən biri də İranda davam edən repressiyalarla bağlı faktaraşdırıcı komissiyanın yaradılması olacaq.