İranlı təlimçilər məhv edilib
“Biz onları bura dəvət etməmişik”
D.ƏHMƏDLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
Ölkəni bürümüş üsyanları yatıra bilməyən İranın Rusiyaya hərbi dəstək verməsi də başqa bir dərddir. Görünür ki, avtoritarlar hakimiyyətdə qalmaq üçün bir-birilərinin dəstəklənməsini ölkə daxili problemlərin həllindən vacib olduğunu düşünürlər.
Ruslara “Shahed-136” dronlarını uçurmağa kömək edən iranlı hərbi təlimatçılar Ukraynanın zərbəsi nəticəsində Krımda ölüblər. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “The Guardian” ilə söhbətində ölənlərin sayı barədə açıqlama verməyib. O vurğulayıb ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisindəki iranlılar Ukrayna qüvvələri üçün legitim hədəf olmaqda davam edəcəklər. “Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib xalqımızın məhv edilməsində iştirak edirlərsə, biz onları öldürməliyik”, – MTMŞ katibi deyib.
Danilov İranın ballistik raketlərinin Rusiyaya təhvil verilməsi məsələsinə də toxunub: “Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Amma [İran tədarüklə bağlı qərar qəbul edərsə], bu, bizə iki şeyi deyəcək. Birincisi, Rusiyanın belə bir imkanları yoxdur. Ən azı irimiqyaslı müharibəni davam etdirməyə imkan verəcək sayda öz raketlərini istehsal etmək qabiliyyəti yoxdur. İkincisi, 1979-cu ildən sanksiyalar altında olan bir ölkənin belə silah istehsal etmək imkanı varsa, o zaman hansı sanksiyaları tətbiqindən söhbət gedə bilər? Yəni, sanksiyaların icrası ilə bağlı böyük ortaya çıxır”.
Noyabrın 22-də adı açıqlanmayan bir Ukrayna rəsmisi “The Jerusalem Post”a bildirib ki, ukraynalılar bir həftə ərzində on İran vətəndaşını öldürə biliblər. “Ruslar “Şahed-136” kamikadze pilotsuz təyyarələrini buraxmaq üçün müvəqqəti işğal olunmuş Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətiriblər. Onlar ruslara kamikadze pilotsuz uçan aparatlardan necə istifadə etməyi öyrədirlər və Ukraynanın mülki obyektlərinə pilotsuz təyyarələrin buraxılmasına, o cümlədən Nikolayev və Odessaya zərbələr endirməsinə birbaşa nəzarət edirlər”, – deyə mənbə bildirib.