vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
23:29 | 26 noyabr 2022 | Şənbə Məqaləyə 514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Münasibətlərin sonu yaxınlaşır

Səbəb nədir – Rusiyaya verilən PUA-lar, yoxsa xalqa qarşı vəhşilik?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ənənəvi olaraq İranla əlaqəni müdafiə edən Avropa gücləri açıq-aşkar mövqe dəyişikliyindədir və İrandan kənarda gərginliyin artdığı və bu ölkədə iğtişaşların olduğu bir vaxtda Tehranın Qərbə açıq olan sonuncu qapılarını bağlayır.

Bu mövqe dəyişikliyi İran dronlarını Rusiyaya tədarükü və İrandakı iğtişaşlarla bağlıdır. Bu arada nüvə sazişinin yenidən canlanmasına ümidlər, demək olar ki, itib.

Adının açıqlanmasını istəməyən bir avropalı diplomat “Middle East Eye” nəşrinə müsahibəsində deyib: “Avropa ictimai rəyində və mətbuatında İran daxilində etirazçılarla necə davranmaq haqqında danışılır, lakin siz Avropa hökumət rəsmiləri ilə özəl dairələrdə danışdığınız zaman, mövqe dəyişikliyinin əsas səbəbi “İranın öz dronlarını Rusiyaya çatdırması” göstərilir. 

Bu mövqe dəyişikliyi Avropa Birliyinin İrana qarşı sanksiyalarının sürətlə həyata keçirilməsində özünü büruzə verir.