vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
08:15 | 28 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransa türmələrində sıxlıq

Məhbusların sayı ən yüksək rəqəmə çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada məhbusların sayı noyabrın 1-nə qədər tarixin ən yüksək səviyyəsinə çatıb. Ölkə mətbuatında yer alan və Ədliyyə Nazirliyinin məlumatlarına əsaslanan xəbərlərə görə, Fransada noyabr ayının əvvəli etibarilə 72 min 809-a çatan məhbus sayı bütün zamanların ən yüksək səviyyəsi olub.

Buna qədər ölkədəki ən çox məhbus sayı 2020-ci ilin mart ayına təsadüf edib – 72 575 nəfər.

Saxlanılanların 26,9 faizi şübhəli şəxs statusundadır.

Həbsxanalardakı sıxlığa işarə edilərkən, 2225 məhbusun yerə döşənmiş çarpayılarda yatmalı olduğu vurğulanıb.