vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
00:47 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Geri addım atmayacağıq”

NATO-dan Türkiyəyə dəstək mesajı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO Xarici İşlər Nazirləri Toplantısının ilk günündə yayımlanan bəyanatda terror təşkilatı PKK-nın hərəkətlərindən sonra Türkiyə ilə həmrəylik mesajı verilməklə yanaşı, Rusiya ilə mübarizə aparan Ukraynaya verilən dəstək də vurğulanıb.

NATO-nun 360 dərəcə yanaşma ilə bütün müttəfiqlərini bütün təhdidlərə qarşı qoruyacağı vurğulanan bəyanatda “Terrorun hər cür forma və təzahürlərini qınayır, son dəhşətli terror hücumlarından sonra insan itkisinə yas tutan Türkiyə ilə həmrəyik”, – qeyd edilib.

Bəyanatda NATO-nun təhdidlərin qarşısnın alınması və müdafiəsinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyi, alyansın kritik infrastrukturlarına qarşı hər hansı təhlükəyə birlikdə və qətiyyətlə cavab veriləcəyi bildirilib.

Rusiya ilə müharibədə Ukraynaya dəstək üçün geri addım atılmayacağı qeyd olunan bəyanatda müharibənin məsuliyyətinin Rusiyanın olduğu vurğulanıb.

“Rusiyanın Ukraynada dinc əhaliyə qarşı təqiblərini və insan haqlarının pozulmasını, o cümlədən sürgün, işgəncə, qadın və uşaqlara qarşı vəhşi rəftarını pisləyirik”, – deyə bəyanatda bildirilir. Bəyanatda həmçinin qeyd olunub ki, Ukraynanın dağılmış enerji infrastrukturunun təmiri və hava hücumlarından qorunması üçün yardım davam etdiriləcək.

Bəyanatda həmçinin Finlandiya və İsveçin üzvlüklərinin NATO-nu daha da gücləndirəcəyi bildirilib.