vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AVROPA  
01:59 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 728 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada COVİD-19 yoluxmalarında artım

Ölkə bronxiolit epidemiyasından keçir

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa hökumətinin sözçüsü Veran, Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada, son günlərdə COVİD-19 və qripə yoluxma hallarının artdığını və ölkənin bronxiolit epidemiyasından keçdiyini bildirib.

COVİD-19-a yoluxma hallarının keçən həftə ilə müqayisədə 40 faiz artdığını bildirən Veran, vətəndaşları sosial məsafə qaydalarına əməl etməyə və şübhələndikdə testdən keçməyə çağırıb.

Veran yaxın aylarda şirkətlərin və ev təsərrüfatlarının elektrik enerjisinə tələbatında artım olacağını, lakin istehsal olunan enerjinin bu tələbatdan az ola biləcəyini qeyd edib.

Digər tərəfdən, Fransanın Baş naziri Elizabet Borne parlamentdəki çıxışında vətəndaşları sosial məsafə qaydalarına əməl etməyə, immuniteti zəif olanların yanında və insanların bir-birinə yaxın olduğu, məsələn ictimai yerlərdə maska taxmağa çağırıb.

Son günlər COVİD-19 hadisələrinin artdığı ölkədə ilin sonuna qədər 9-cu dalğanın başlaması ilə bağlı narahatlıq var.