vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
08:27 | 4 dekabr 2022 | Bazar Məqaləyə 537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəmidən tonlarla partlayıcı çıxdı

Bir ayda İrandan Yəmənə qanunsuz silah daşındığını sübut edən 2-ci fakt

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Oman körfəzində dayandırılan balıqçı gəmisində 50 ton partlayıcı və bir neçə qanunsuz silah ələ keçirib. ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada, dekabrın 1-də Oman körfəzində balıqçı gəmisinin dayandırıldığı bildirilib. Qayığın İran-Yəmən xəttində dayandırıldığına diqqət çəkilərək, qayıqda 50 ton sursat mərmisi, raket və raket avadanlığının olduğu bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Bred Kuper verdiyi açıqlamada bunun bir ayda ələ keçirilən ikinci qayıq olduğunu bildirib: “Bu, İranın qaçaqmalçılıq yolu ilə ölümcül silahlar daşıdığının və regionda sabitliyi pozduğunun mühüm göstəricisidir”, – bəyanatda deyilir.

Yəməndə husilərə birbaşa və ya dolayı yolla silah satışının, tədarükü və ya ötürülməsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin və beynəlxalq hüququn pozulması olduğuna diqqət çəkən bəyanatda, ABŞ-ın 5-ci Donanmasının noyabrın 8-də Yəmənə partlayıcı daşıyan qayığı həbs etməsini nümunə göstərdi.