vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
14:40 | 5 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreyanı qadın idarə edəcək?

Ölkə tarixində görünməmiş bir vəziyyət yaranıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya lideri Kim Çen Inn qızını ilk dəfə dünyaya göstərdikdən sonra “Şimali Koreyanı qadınlar idarə edəcəkmi?” sualı verilir.

ABŞ-ın aparıcı qəzetlərindən olan “The Washington Post”un xəbərində üç qadının idarəçilikdə mühüm vəzifələr tutduğuna diqqət çəkilib ki, bu da ölkə tarixində görünməmiş bir vəziyyətdir.

Kim Çen Inın bacısı Kim Yo Conq liderin baş məsləhətçisidir. Çoe Son Hui xarici işlər naziri, Hyon Song Vol isə Şimali Koreya liderinin iştirak etdiyi tədbirlərin təhlükəsizliyi və logistikasına cavabdehdir.

Koreyanın hakim İşçi Partiyası (KİP) ilə bağlı araşdırmalar aparan Şimali Koreya Liderlik İzləmə saytının direktoru Maykl Madden 2016-2019-cu illər arasında KİP-in mərkəzi komitəsindəki qadın məmurların sayının üç dəfə artdığını bildirib.

Madden bu artımın növbəti 10-20 il ərzində də davam edə biləcəyini proqnozlaşdırıb.

Cənubi Koreyanın Seul şəhərindəki Evha Qadın Universitetindən Kim Seok-Hyang bildirib ki, Çoe, Hyon və Yo Jong “xüsusi ailələrdən gələn adi vətəndaşlardan fərqlidirlər”.

Akademik qeyd edib ki, bu qadınların cəmiyyətdəki yeri yuxarı təbəqədən olan kişi vətəndaşlarla eynidir.