vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
KİNO-TEATR  
10:14 | 16 dekabr 2022 | Cümə Məqaləyə 8308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mühafizəkar ingilislər bəyənmirlər

Ailəsi haqqında serial şahzadə Harrinin populyarlığını minimuma endirib

V.KAMAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya şahzadəsi Harrinin populyarlığı onun özü, həyat yoldaşı Meqan Markl və uşaqları haqqında sənədli serialın yayımlanmasından sonra minimuma enib.

“The Daily Telegraph” qəzeti yerli şirkətlərdən birinin keçirdiyi sorğunun nəticələrinə istinadla yazır ki, rəyi soruşulanların 59 faizi III Karlın kiçik oğluna mənfi, 33 faizi isə müsbət münasibət bəsləyir. Meqan Markla münasibət isə 64 faiz mənfi, 25 faiz müsbət olub.

Qeyd edək ki, hazırda ABŞ-da yaşayan cütlük məhkəmələrdən başı açılmayan (o cümlədən təcavüz ittihamı ilə) şahzadə Endryu (III Karlın kiçik qardaşı) istisna olmaqla, Britaniya kral ailəsinin ən az populyar üzvləridir. Krallığın ən məşhurları isə Harrinin böyük qardaşı Uels şahzadəsi Vilyam və onun həyat yoldaşı şahzadə Ketrindir. Respondentlərin müvafiq olaraq 77 və 72 faizi onlara müsbət münasibət bəsləyir.

Mühafizəkar ingilislərin Sasseks hersoqu Harriyə və xanımına münasibətləri dekabrın 8-də onların həyatı haqqında serialın birinci hissəsinin “Netflix” videoservisində premyerasından sonra yaranıb. Britaniya mediası cütlüyün tanışlığından və dərisinin rənginə görə krallıqda Meqan Marklın üzləşdiyi çətinliklərdən bəhs edən sənədli film layihəsinin ilk üç seriyasını tənqid edib. “The Daily Telegraph”ın kral ailəsinə yaxın mənbəyə istinadla yazdığına görə, filmdə Birləşmiş Krallığın “Britaniya imperiyası 2.0” ilə müqayisə edilməsi ölkə və monarxiya üçün təhqiredicidir.