vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
12:08 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Moskva terroru “təməlatma” idi”

Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi

XALİDƏ

İŞİD martın 22-də Moskvada həyata keçirdiyi terrorla yenidən gündəmə gələrkən, təşkilatın növbəti hədəfinin hara ola biləcəyi sualı Qərbdə müzakirələrə səbəb oldu. ABŞ-ın aparıcı xəbər qurumlarından olan CNN bu məsələ ilə bağlı ekspertləri danışdırıb.

İŞİD-in Xorasan qolunun Moskva hücumuna görə məsuliyyəti öz üzərinə götürdüyü xatırladılarkən, 26 iyul-11 avqust tarixləri arasında keçiriləcək Paris 2024 Yay Olimpiya Oyunlarına xüsusi diqqət çəkilib.

Rusiyanın hədəfə gəlməsinə səbəb kimi Suriya və Çeçenistandakı əməliyyatları və bu ölkədəki Orta Asiya diasporunun hədəfə çevrilməsi göstərilir.

Nyu-Yorkda yerləşən qeyri-hökumət təşkilatı “Ekstremizmə Qarşı Mübarizə Layihəsi”nin baş məsləhətçisi Edmund Fitton-Braun bildirib ki, İŞİD Əfqanıstandan kənara çıxmaq və Pakistan, İran və Orta Asiyada hücumlar həyata keçirməyi hədəfləyir. O, iddia edib ki, tacik, özbək və rus dillərindəki nəşrlərinin sayının artması təşkilatın genişlənmə hədəflərini göstərir.

Fitton-Brown həmçinin təklif edib ki, Taliban puştunlara üstünlük verməsi ölkədəki digər etnik qrupların İŞİD-ə yönəlməsini gücləndirir.

2021-ci ildə Kabil hava limanında 13-ü ABŞ əsgəri olmaqla 200-ə yaxın adamı ölümü ilə nəticələnən intihar terror aktı həyata keçirilib. Həmin vaxt ölkəni ələ keçirən Taliban İŞİD-ə qarşı mübarizə aparırdı. Ötən həftə Qəndəharda intihar terroru göstərdi ki, Taliban hələ də, bunun qarşısını alı bilmir.

İŞİD haqqında kitab yazan Amira Cadunun (Amira Jadoon) iddiasına görə, terrorçular Cənubi və Orta Asiyada nüfuzlarını artırmaq üçün xüsusilə son 3 ildə təbliğatlarını gücləndirib: “Qlobal cihadçılar regiondakı narahatlıqlardan effektiv şəkildə istifadə etməyi bacardılar”.

Yazar ötən il Pakistanın Bacur bölgəsində 60-dan çox və yanvar ayında İranın Kirman şəhərində 90 nəfərin ölümünə səbəb olan terror aktlarını xatırladılıb.

“Ekstremizmlə Mübarizə Layihəsi”nin yüksək səviyyəli menecerlərindən biri olan Hans-Yakob Şindler xatırladıb ki, ötən il Almaniyada təşkilat adına terror planlaşdırmaqda şübhəli bilinən 7 nəfər həbs edilib. Bu ay iki Əfqanıstan vətəndaşının Qurani-Kərimin yandırılmasına etiraz olaraq İsveç parlamentinə hücuma hazırlaşmaqları səbəbilə həbs edildiyi bildirilib.

BMT-nin İŞİD, Əl-Qaidə və Talibana qarşı sanksiyaları üzrə koordinator olmuş Fitton-Braun, İŞİD-in Avropadakı inkişafının ilkin mərhələsində olduğunu söyləyib və bəzi ölkələrə xüsusi olaraq xəbərdarlıq edib: “Onlar ilk növbədə Rusiya və Türkiyə, müəyyən dərəcədə Almaniya hədəflər siyahısına salınıb.

Fitton-Braun Moskva hücumunun təşkilatın yeni planlarında “təməlatma” olduğunu iddia edib: “Əvvələr Cənubi Asiyadan kənarda belə bir planlaşdırma yarada bilmirdilər”.

Türkiyə İŞİD-in ən çox hədəf aldığı ölkələrdən biridir. Nəhayət, yanvarın 28-də iki İŞİD üzvünün bir nəfərin ölümü nəticələnən Sarıyerdəki Santa Mariya kilsəsinə terror hücumu bunu sübut edir.

Bu hücumdan sonra İŞİD-ə qarşı ardıcıl əməliyyatlar keçirilib və çoxlu sayda insan saxlanılıb.