“Tayvanın maketi” həyəcan yaratdı
İşğala hazırlıq, yoxsa psixoloji müharibə təbliğatı?
FATEH
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
Çində güclü fırtına
7 nəfər ölüb, 93 min insana ziyan dəyib
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Əsəd mühasirədən çıxır(mı?)
Açılış bəhanəsilə Çin səfəri
-
Çinin əhalisi niyə azalıb?
Demoqrafik kiçilmənin səbəbləri ...
-
Son üç ildə ilk səfər
“Hərbi qarşıdurmanı iqtisadi əlaqələrlə qarışdırmayaq”
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
... Kanada da ABŞ-a qoşulub
Tayvan adasının qorunmasında ...
-
TikTok-a qadağa
Tayvan və ABŞ-ın bir çox ştatında Çindən gələn bəzi tətbiqlərə məhdudiyyət qoyulub
-
Polis çinlilərin izində
Rəsmi Pekinin İtaliyada qurduğu məntəqələrlə bağlı araşdırma başladılıb
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
-
ABŞ-dan Çini qəzəbləndirən addım
428 milyon dollarlıq silah-sursat satışına icazə verildi
-
Tayvan Ukraynaya bənzəyəcək
Vaşinqtonun hədəfləri – ilk sırada Çin dayanır
-
Kanada Çin münasibətləri gərginləşir
Rəsmi Ottava Tayvan boğazına hərbi gəmilər göndərir
-
ABŞ-ın yaratdığı boşluq Çini cəlb edir
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
Fransanın ictimai televiziyası “France 24” Çinin Tayvan prezidentlik binasının maketini hazırladığını bildirib. Tayvanlı analitiki Cozef Ven, martın 25-də “Twitter” hesabında modelin şəkilləri ilə bağlı ilk paylaşımı etmişdi.
Daha sonra ingilisdilli “Taiwan News” martın 28-də “Çin işğala hazırlaşmaq üçün Taypeyin maketini yaratdı” başlığı ilə görüntüləri yayıb.
Aprelin 1-də yayılanan xəbərdə “France 24”, Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki Alxa əyalətində yerləşən modelin görüntülərinin təsdiqləndiyini bildirib.
ABŞ-da yerləşən “Force Analysis” analitik şirkətindən Sim Tak, paytaxt Pekindən təxminən 1200 kilometr uzaqlıqda olan modelin tikintisinə 2021-ci ilin mart ayında başlandığını və bir il ərzində tamamlandığını söyləyib.
“France 24” modeldəki binaların və küçələrin Tayvanın paytaxtı Taypeyin Jongjeng rayonunun Bo'ai bölgəsindəki binalara bənzədiyinə diqqət çəkdi. Giriş-çıxışlara nəzarət edilən bu ərazidə Prezidentlik binası da daxil olmaqla, mühüm dövlət qurumlarına aid çoxlu tikililər var.
Tayvan müdafiə naziri Çiu Juo-çeng, keçən həftə model görüntüləri ilə bağlı verdiyi açıqlamada, “Çin ordusunun bu cür replika modelləri istehsal etməsi qaçınılmazdır” deyib.
Xəbərdə Çinin 2015-ci ildə oxşar modeli yaratdığına diqqət çəkilib. Tayvan Prezident binasının da maketi Daxili Monqolustanda tikilib.
Böyük Britaniya-İtaliya qeyri-kommersiya beyin mərkəzi olan Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Qrupundan Ho Ting Hung, Pekin administrasiyasının replikalardan “psixoloji müharibə təbliğatı” kimi istifadə etdiyini deyib.
Norveçin Arktika Universitetindən Mark Lanteygne 2015-ci ildə maketin görüntülərinin Çin mediasında paylaşıldığına, lakin yeni modelin görüntülərinin gizli saxlanıldığına diqqət çəkib.
Lanteygne Tayvanın güclü hava hücumundan müdafiə sistemlərinə malik olduğunu və Çinin bombardmanlarla adanı ələ keçirməkdə çətinlik çəkəcəyini bildirib. O, modelin mümkün quru əməliyyatı üçün planlaşdırma məqsədləri üçün istifadə oluna biləcəyini qeyd edib.