vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
09:20 | 4 aprel 2014 | Cümə Məqaləyə 2570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«NATO inad edir»

«Biz heç kimlə münaqişəyə girmək niyyətində deyilik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı NATO da daxil olmaqla heç kimlə münasibətləri gərginləşdirmək marağında deyil». Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir qədər əvvəl NATO-nun Rusiya ilə mülki və hərbi əlaqələri kəsməsinə münasibətində bu cür açıqlama verib. Ötən gün təşkilatın Moskvada keçirilən iclasında çıxışı zamanı Lavrov qeyd edib ki, əksinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı istənilən məsələdə, eyni zamanda, Əfqanıstanda narkotik tacirlərinə qarşı mübarizədə NATO ilə əməkdaşlıq etmək istəyib.

«Lakin NATO inadkarlıqla əməkdaşlıq etməkdən imtina edib. Mən bir daha təkrar etmək istəyirəm ki, biz heç kimlə münaqişəyə girmək niyyətində deyilik. Və ümid edirəm ki, heç kim, xüsusilə, NATO-ya aid olmayan regionda bizi buna təhrik etməyəcək». 

Lavrov, eyni zamanda, Ukrayna rəhbərliyinin ölkənin sabiq prezidenti Viktor Yanukoviçə qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.

Ukrayna Baş Prokurorluğu Yanukoviçi və Təhlükəsizlik Xidmətinin sabiq rəisi Aleksandr Yakimenkonu fevralın 18-20-də Kiyevdə nümayişçilərə atəş açmaqla bağlı təlimat verməkdə ittiham edib və onların məhkəməyə gətirilməsinə dair order verib.

Lavrov qeyd edib ki, həqiqət bütün təfərrüatı ilə araşdırılmalıdır. 

«Ukraynada böhranın aradan qaldırılmasına dair 21 fevral tarixində əldə olunan razılaşmaya əsasən, cinayətlərin araşdırılması üçün həm iqtidar, həm də müxalifət tərəfdən birgə təhqiqat qrupu yaradılmasına qərar verildi. Hazırkı bəyanatın nə dərəcə məntiqli olması barədə isə mühakimə yürütmək istəmirəm. Ümumiyyətlə isə, iddialar dəlillərlə ziddiyyət təşkil edir».