vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
19:14 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 1685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya «Amerikanın səsi»ni «kəsdi»

Kiselyov: «Biz əməkdaşlığı davam etdirməyə hazırlaşmırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Amerikanın səsi» radiostansiyasının Rusiya ərazisində yayımı dayandırılıb. Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə «Rusiya bu gün» agentliyinin direktoru Dmitri Kiselyovun məktubunda deyilir.

ABŞ-ın «Amerikanın səsi» və «Azadlıq» radiolarının da işini koordinasiya edən Yayım Məsələləri üzrə İdarəçilər Şurasına (BBG) ünvanlanan məktubda 810 AM tezlikdə yayımın aparılması barədə öncəki sazişin qüvvəsinin dayandırıldığı qeyd olunur.

«Biz əməkdaşlığı davam etdirməyə hazırlaşmırıq», - deyə Kiselyovun yazılı xəbərdarlıq müraciətində bildirilir.