vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
17:18 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 2586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakıdayıq»

Xanımı Tağı Əhmədov haqda danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Vəzifədən çıxarıldığı gündən Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov haqqında söz-söhbətlər səngimir.

Onun gah ölkə hüdudlarından kənarda olduğu, gah da yeni vəzifəyə təyin olunacağı ilə bağlı məlumatlar yayılır. Bir sözlə, mediaya həmişə eksklüziv açıqlamalar verən Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun hazırda nə işlə məşğul olduğu bəlli deyil.

Bir müddət öncə - Novruz bayramı günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istirahət etmiş Tağı Əhmədov artıq Bakıdadır.

Virtualaz.org bildirir ki, bunu modern.az-a açıqlamasında T. Əhmədovun xanımı Salatın Əhmədli deyib. O, Tağı Əhmədovun hazırda Azərbaycanda olduğunu bildirib və xaricə getməsi barədə yayılan söz-söhbəti qəti şəkildə təkzib edib.

«Bakıdayıq. Heç yerə getməmişik, niyə getməliyik? Özüm də indi dərsdəyəm», – deyə o vurğulayıb.

Qeyd edək ki, alim-tədqiqatçı Salatın Əhmədli Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. Eyni zamanda universitetin Yasamal rayonu YAP Qadınlar Şurasının və «Kitab Evi» İctimai Birliyinin sədridir.