vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏNƏTÇİ  
09:23 | 18 aprel 2014 | Cümə Məqaləyə 5074 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Miranşah» 80-ə çatır

... Və ya 79 illik həyatında 100 qəhrəmanın Muxtarı

Martın 29-da Xalq artisti, görkəmli aktyor, Prezident təqaüdçüsü Muxtar Maniyevin 79 yaşı tamam oldu. Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov sənətkara baş çəkib, onu doğum günü münasibətilə təbrik edib, səhhəti ilə maraqlanıb.

Müşfiq Hətəmov aktyora mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını çatdırıb: «Muxtar Maniyev Azərbaycanın görkəmli aktyorlarından biridir və onun Azərbaycan kinosunun inkişafında böyük rolu olub. Aktyorun səhhəti, sağlamlıq durumu Mədəniyyət və Turizm Nazirliyinin, şəxsən Əbülfəs Qarayevin hər zaman diqqətindədir. Gələn il Muxtar müəllimin 80 yaşı tamam olacaq. O, Azərbaycan kinosunda baş verən hadisələri yaxından izləyir. Bir müddət əvvəl səhhətində problemlər yaranmışdı, indi özünü yaxşı hiss edir. Yaxşı hal odur ki, aktyor bundan sonra da kinoya çəkilmək, Azərbaycan kinosuna öz töhfəsini vermək istəyir».

Xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. 100-dək filmdə («İnsan məskən salır», «O qızı tapın», «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi», «Babək», «Nəsimi», «Nizami», «Qanlı zəmi», «Ölsəm... bağışla» və s.) irili-xırdalı rollar oynayıb, maraqlı obrazlar yaradıb.