vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
11:42 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq komitə sədri rəis oldu

Elşad İskəndərova vəzifə verildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks-sədri Elşad İskəndərova yeni vəzifə verilib. «Qafqazinfo»ya daxil olan məlumata görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin olunub.


Qeyd edək ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan əsas şəxslərdən biri idi. Vəzifəsindən azad olunandan bir neçə gün sonra E.İskəndərov  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilmişdi.

«Qafqazinfo» məlumatı dəqiqləşdirmək üçün E.İskəndərovun özü ilə də əlaqə saxlayıb. O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib:

«Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm».

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.