vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
15:40 | 9 iyun 2022 | Cümə axşamı Məqaləyə 963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Belə münasibətin qəbuledilməzdir”

Hindistan səfiri XİN-ə çağırılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

“İyunun 9-da Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna ölkəsində islam dininin təhqiqi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb”. Bu barədə nazirliyin məlumatında deyilir.

Səbəb Hindistanın hakim partiyası rəsmilərinin islam dini və Məhəmməd Peyğəmbərin əleyhinə təhqiramiz ifadələr işlətməsi olub. Nazirlikdə belə münasibətin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınaması Hindistan səfirinin diqqətinə çatdırılıb.

Belə halların müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi vurğulanıb.

Qeyd olunub ki, sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsi gözlənilir.