vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
09:38 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 1722 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ukrayna təslim olmayacaq»

Yatsenyuk qazın qiyməti məsələsində enməyəcəklərini bildirirb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Baş naziri Arseni Yatsenyuk Rusiya ilıə qaz mübahisəsində Kiyevin təslim olmayacağını və qaza ədalətli qiymətin təsbit edilməsi üçün səylərini davam etdirəcəyini bəyan edib.


Ukrayna Ali Radasında çıxış edən Yatsenyuk deyib ki, Kiyevin təklif etdiyi bütün variantlara baxmayaraq, Moskva qaza real qiymət barədə danışıqlar aparılmasından imtina edib.

Bazar ertəsi günü Rusiya qaz inhisarçısı Qazprom Ukraynaya qazın təchizatını kəsib.

Arseni Yatsenyukun sözlərinə görə Ukrayna höküməti hazırda Avropadan qazı revers üsulu ilə, yəni Qazpromun Avropaya göndərdiyi qazın bir hissəsini Aİ ölkələrindən geri almaq imkanını nəzərdən keçirir.

Baş nazirin qeyd etdiyi kimi, ildə təxminən 15 mlrd kub metr qazın Avropadan alınması Ukraynanın qaza illik tələbatını ödəyə bilərdi.

Arseni Yatsenyuk revers üsulu ilə Rusiya qazının Avropadan alınması variantının müzakirə edilməsi üçün Ukrayna nümayəndə heyətinin Brüsselə yola düşdüyünü də bildirib.

Ukrayna Rusiya qazı üçün qiymətin 1 min kub metr üçün 326 dollardan yuxarı olmamasında təkid etdiyi halda, Rusiya 1 min kub metr qaz üçün 385 dollar qiymətindən aşağı düşməyəcəyini bəyan edib.

Tərəflər qiymət məsələsində razılığa gələ bilmədiklərindən ötən gün Qazprom Ukraynaya qazın təchizatını dayandırdığını elan etmişdi.

Eyni zamanda Qazprom Avropanı qazla təmin etməkdə davam edəcəyini bəyan edib.

Qazprom bildirib ki, bundan sonra Ukrayna Rusiyadan qazı «yalnız əvvəlcədən ödədiyi miqdarda alacaq».