vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
13:00 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 1950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Poroşenko Putinlə danışıb

Tərəflər atəşkəsi müzakirə edib, Ukrayna prezidenti rusiyalı həmkarına başsağlığı verib

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 16-sı, axşam saatlarında Vladimir Putin və Petro Poroşenko Ukraynadakı silahlı toqquşmaların dayandırılmasını müzakirə ediblər. Rusiya prezidenti toqquşmalarda rus jurnalistinin ölümündən narahat olduğunu bildirib. Poroşenko bununla bağlı rusiyalı həmkarına başsağlığı verib.


Xatırladaq ki, iyunun 16-da rus jurnalist İqor Kornelyuk Ukrayna hərbçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişib. 37 yaşlı İqor Kornelyuk xəstəxanada vəfat edib. Jurnalistin komandasından olan səs operatoru itkin düşüb. Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu hadisə Ukraynanın əməliyyatlarının «cinayətkar xarakterli» olduğunu sübut edib. Nazir araşdırılma aparılmasını tələb edib.

Qeyd edək ki, ötən ay Slavyansk şəhərindəki atışmada italyan fotoqraf və onun rusiyalı tərcüməçisi öldürülmüşdü. Poroşenko bökgədə fəaliyyət göstərən reportyorların təhlükəsizliyinin qorunması üçün tapşırıqlar verəcəyini bildirib. Sərhədsiz Reportyorlar Təşkilatı Ukrayna böhranı zaman ölən jurnalistlərin sayının beşə çatdığını bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı şərqdə «etnik təmizləmə» siyasəti aparmaqda ittiham edib. «Prezident Poroşenkonun təklif etdiyi atəşkəs əvəzinə, kiyevdəkilər separatçıların Ukrayna ərazisini tərk etməsi üçün müvəqqəti atəşkəs tələb edirlər. Bu, bölgələrlə milli dialoq və danışıqlar aparılması demək deyil, etnik təmizləmədir», - o deyib.  

Ötən ay and içən Poroşenko bildirib ki, Rusiya ilə sərhəd nəzarətə götürüldükdən sonra atəşkəs əldə oluna bilər. «Əlləri qana batmayan» döyüşçülər əfv olunacaq. Planın icrasının təfərrüatları haqqında isə çox az məlumat yayılıb.

Münaqişə nəticəsində 300 nəfər ölüb, minlərlə adam evlərini tərk edib. Kiyev isə Rusiyanı qiyamçılara maliyyə və maddi-texniki dəstək göstərməkdə günahlandırır.

Həftəsonu Ukraynanın xarici işlər naziri Andrey Deşitsanın Rusiya prezidenti Vladimir Putini söyməsi diplomatik qarşıdurmaya səbəb olub. İyunun 16-da Lavrov ukraynalı həmkarına daha sözü olmadığını, onunla danışıqlar aparmaq istəmədiyini bildirib. «Yalan danışmaq içki düşkünü üçün vodka içmək kimi asandır», - Lavrova cavab olaraq Avakov «facebook»da yazıb.

İyunun 17-də Rusiya parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Aleksey Puşkov Ukrayna hökuməti üzvlərinə təhqiramiz ifadələrinə görə sanksiya tətbiq edilməsini təklif edib. Puşkov bildirib ki, Rusiya sanksiyaların yolverilməz siyasi alət olması fikrindən əl çəkməlidir. «Müasir dünyanın aparıcı ölkələrinin liderləri sanksiyalar tətbiq edirlər. Rusiya bundan istifadə etməməklə öz xarici siyasət potensialını azaldır», - o deyib.

İyunun 16-da həm də borc mübahisəsinə görə Rusiya Ukraynaya təbii qaz nəqlini dayandırıb. Bu isə Avropanın qaz təchizatında çətinlik yarada və hər iki ölkənin sülh əldə etməsinə ümidləri azalda bilər. Məlumatı «Euractiv» xəbər portalı yayıb.

Qeyd edək ki, bazar günü rusyönümlü qiyamçılar içərisində 49 nəfər olan hərbi nəqliyyat təyyarəsini vurublar. Ukraynanın yeni prezidenti Rusiya ilə sərhədləri tam nəzarətə götürmək üçün öz qüvvələrinə tapşırıq verib. Prezident bildirib ki, yalnız bundan sonra danışıqlar aparmaq mümkündür.

Təbii qazın təchizatı ilə bağlı mübahisələr həftələrdir ki, davam edir. Rusiya bildirib ki, Kiyev bazar ertəsi əvvəlki 1.95 milyard dollarlıq borcunu ödəmədiyinə görə indi qazın pulunu öncədən ödəməlidir. Moskva həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiya təbii qazının beynəlxalq boru kəmərləri ilə Aİ-yə çatdırılmasına imkan verməli, tranzit təchizatdan öz məqsədi üçün istifadə etməməlidir.

Kiyev və Moskva bir-birlərini təbii qazın gələcək qiymətində güzəştə getməməkdə ittiham edirlər. Rusiya güzəşt təklif edir, Ukrayna isə siyasi qiymət olduğuna görə bundan imtina edir. Sovet İttifaqının dağılmasından sonra ən böyük Ukrayna böhranı Rusiya və Ukrayna arasında danışıqları çətinləşdirib. Rusiyanın Krımı anneksasiyasına və sərhədlərdə «qılınc oynatmasına» cavab olaraq, Qərb ölkələri Moskvaya sanksiya tətbiq ediblər.

Ötən ay Rusiya yönümlü prezident vəzifədən kənarlaşdırıldıqdan sonra Qərbin dəstəklədiyi Petro Poroşenko yeni prezident seçildi. İyunun 16-da Poroşenko bu həftə Rusiya ilə sərhəddin tam nəzarətə götürülməsi üçün öz qüvvələrinə tapşırıq verdiyini bildirib. Prezident qeyd edib ki, bundan sonra müvəqqəti atəşkəs və sülh planı üzrə razılıq əldə oluna bilər. «Sərhədlərin müdafiəsi təmin olunan kimi atəşkəs elan ediləcək. Sərhədlər açıq olduğu halda, atəşkəs elan etməyin mənası yoxdur», - Poroşenko təhlükəsizlik rəhbərlərinə bildirib.

O, Rusiyanın tank, silahlar və adam göndərməklə qiyamçıları dəstəkləməsindən narahatlığını ifadə edib. Şərq sərhəddində təyyarənin vurulması, Kiyevdə Rusiya səfirliyinin binasına hücum və NATO-nun Rusiyanın qiyamçıları silahlandırması ilə bağlı yeni ittihamları gərginliyin azaldılması ümidlərini puça çıxarıb.

Bütün bunlar Rusiya maliyyə bazarlarında böhrana və Avropada təbii qazın qiymətinin qalxmasına səbəb olub. Qeyd edək ki, İraqdakı zorakılığın qaz təchizatını pozması ilə bağlı ehtiyat tədbirlərinə görə qiymətlər əvvəl sabit idi.

«Ukrayna hökumətinin qeyri-konstruktiv mövqeyinə görə, bu gündən etibarən təbii qaz qabaqcadan ödəniş şərti ilə çatdıracaq», - Rusiyanın «Qazprom» dövlət şirkətinin rəhbəri Qorkidə keçirilən hökumət toplantısında baş nazir Dmitri Medvedyevə belə deyib.

«Ukraynanın indiki mövqeyini şantaj adlandırmaq olar. Onlar həddindən çox ucuz qiymət istəyirlər», - «Qazprom»un rəhbəri bildirib.

O, keçirilən mətbuat konfransında vurğulayıb ki, borcun bir qismini ödəməklə təchizat bərpa olunmaya bilər. Kiyev 4.5 milyard dollarlıq borcunu və növbəti ayların pulunu qabaqcadan ödəyərsə, təchizat bərpa oluna bilər.

 

Söhbət təkcə qazdan getmir

 

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanı danışıqları qəsdən gecikdirməkdə günahlandırıb. O, bildirib ki, Rusiya qışda, temperaturun aşağı düşdüyü vaxtda Kiyevə çətinlik yaratmaq üçün bu addımı atır. «Söhbət təkcə qazdan getmir. Bu, Rusiyanın Ukraynanı məhv etmək planıdır. Bu, Ukrayna dövlətinə və Ukraynanın müstəqilliyinə qarşı növbəti bir addımdır», - Yatsenyuk bildirib.

Medvedyev isə öz növbəsində Kiyevin bəzi hakim elitalarının öz vəzifələrinə layiq olmadıqlarını deyib. O, Ukraynanın xarici işlər nazirinin həftəsonu Rusiyanın Kiyevdəki səfirliyi qarşısındakı etirazlarda «anatomik» ifadələr işlətməsinə qəzəblənib. «Xarici işlər nazirinin Rusiyanın Kiyev səfirliyi qarşısındakı paranoid hərəkətlərindən tutmuş, baş nazirin güzəştli qiymətlərə razılaşmamasınadək, bütün hallarda bunu müşahidə etmək olar», - Medvedyev «facebook»da yazıb.

 

Anbarlardakı ehtiyatlar

 

«Qazprom»dakı mənbənin bildirdiyinə görə, Ukraynaya verilən vaxt başa çatan kimi təchizat azaldılıb. Ukraynanın energetika naziri Yuri Prodan ölkənin heç bir təbii qaz almadığını bildirib.

Ukraynanın ehtiyatda ən az 12 milyard kub metr təbii qazı var. Bu isə özünün və Aİ-nin qış ehtiyaclarını ödəməyə kifayət edir.

Təchizatın uzunmüddətli dayandırılması Aİ istehlakçılarına ziyan vura bilər. Aİ təbii qazın üçdə birini Rusiyadan alır. Bunun yarısı Ukraynadan keçən boru kəmərləri ilə nəql olunur. Təbii qaza görə mübahisələr 2006, 2007-ci illərdə «təbii qaz müharibəsinə» səbəb olmuşdu. Rusiya Ukraynanı Avropaya gedən təbii qazı oğurlamaqda ittiham edirdi.

«Qazprom»un rəhbəri Aleksey Miller bildirib ki, Rusiya Ukraynaya Aİ tələblərini ödəyəcək qədər təbii qaz nəql edə bilər. Moskva Kiyevin bu təchizatdan öz məqsədləri üçün istifadə etməsinin qarşısını ala bilməz. «Tranzit riskləri var, lakin bu risklər çox az da deyil», - Miller deyib.

Təbii qaz danışıqlarına vasitəçilik edən Aİ-nin enerji məsələləri üzrə komissarı Gunter Ottinger Vyanda çıxışında bildirib ki, Aİ öz ehtiyatlarını doldurmasa, qışda çətinliklərlə üzləşə bilər. O, Rusiyanı güzəştə getməyə və danışıqları yayda rəsmilər məzuniyyətə çıxanadək davam etdirməyə çağırıb.

Hər iki tərəfin borca görə Stokholm beynəlxalq ticarət arbitraj məhkəməsinə müraciət etməsi qısa zamanda razılıq əldə olunmasına ümidləri azaldır. Ottingerin sözlərinə görə, Moskva Kiyevin borcun 1 milyard dollarını ödəyib, daha sonra hər ay «Qazprom»a qabaqcadan pul ödəməsinə razı olmayıb. Ukrayna qışda hər min kub metrə görə 385 dollar, yayda isə 300 dollar ödəyə bilər. ABŞ dövlət departamenti bildirib ki, Aİ «ədalətli və ağıllı» güzəşt təklif edir, danışıqlar bərpa olunmalıdır.