vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
09:26 | 16 iyul 2014 | Çərşənbə Məqaləyə 2660 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Akula ilə dolu akvariuma girdi

Polis 51 yaşlı sərxoşu həbs edib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ polisi köpək balığı (akula) ilə dolu akvariuma girən kişini həbs edib. Həbs olunana xuliqanlıq və özgə mülkünə müdaxilə ittihamı verilib. ANS PRESS-in məlumatına görə, o giriş pulunu ödəməyərək, akvarium olan binaya divardan atlanaraq keçib.

Hadisə Bostonda baş verib. Yaxalandıqdan sonra məlum olub ki, 51 yaşlı kişi içkili olub. «O içərisi köpək balığı ilə dolu olan 8 metrlik akvariumun içinə atıldı» - deyə yerli prokuror köməkçisi təəccübünü gizlədə bilmir. Kişi özü heç bir zədə almadan akvariumdan çıxıb. «Xoşbəxtlikdən köpək balıqları yemlənmişdi» - deyərək prokuror ofisinin nümayəndəsi kişinin xilas olmasını başa salır.

Qeyd edək ki, bu tip akvariumlarda digər təhlükəli balıqlar da olur.