vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ASİYA  
12:11 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 4147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin erməniləri qorxutdu

«O, ya tamamilə başını itirib, ya da ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Milli Təhlükəsizlik Şurasında çıxış edən Vladimir Putin İrəvanda böyük narahatlığa səbəb olub.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı Rusiya prezidentinin suverinlik və milli təhlükəsizlik barədə çıxışında bir sıra «qəribə bəyanatlar» aşkarlayıb. Konkret olaraq, Putinin Rusiyanın suverenliyinin əsasında «heç bir alyansa daxil olmaması»nın durduğunu söyləməsi erməniləri narahat edib. Rusiya prezidenti deyib ki, hər hansı alyansa daxil olan istənilən ölkə öz suverenliyinin bir hissəsini verir və bu, heç də həmişə ölkənin maraqlarını əks etdirmir. 

Erməni şərhçi Naira Ayrumyan isə xatırladır ki, Rusiya ən azı iki alyansın - Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. «Qəfildən Putin bəyan edir ki, Rusiya alyansların üzvü deyil. Ya Putin tamamilə başını itirib, ya da ki, KTMT-nin ləğvi barədə fərman verməyə hazırlaşır»,- deyə Naira Ayrumyan ehtimal edib. 

Əslində, normal məntiqi olan Ermənistan vətəndaşı bundan qorxmalıdır. Çünki bütün Ermənistan, o cümlədən prezident Serj Sarkisyan təhlükəsizliklə bağlı bütün ümidlərini KTMT-yə bağlayıblar. Təsadüfi deyil ki, Argentinada səfəri zamanı yerli mətbuata müsahibəsi zamanı Serj Sarkisyanı çox narahat edən bir sual vermişdilər ki, erməniləri Qarabağı işğal etməsinə cavab olaraq Azərbaycan İrəvanı tutarsa nə edərəsiniz? 

Ermənistan prezidenti yetərincə ciddi mətbu orqana cavab olaraq Azərbaycana mane ola biləcəklərini iddia etməmişdi. Sadəcə, əsas ümidlərini KTMT üzrə əsas tərəfdaşları Rusiyanın müdafiəsinə bağladıqlarını demişdi: «İnanıram ki, strateji tərəfdaşımız bizim belə vəziyyətə düşməyimizə imkan verməz».