vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:49 | 28 iyul 2014 | Bazar ertəsi Məqaləyə 3272 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Heydər Əliyevə sui-qəsd cinayətinə xitam verildi

Həsən Toku 2 dəfə eyni cinayət üstündə məhkum edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə yüksək məhkəmə instansiyası - Yarğıtay 9-cu Cəza Dairəsi Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevə qarşı 21 il əvvəl təşkil edilmiş sui-qəsdlə bağlı cinayət işinə xitam verib. Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qərara əsasən İstanbul Bakırköy 5-ci Ağır Cəza Məhkəməsinin bu sui-qəsdi həyata keçirməyə cəhd edən Hasan Tokunun 15 il həbs cəzasına məhkum edilməsinə dair çıxardığı qərarı ləğv edib.

Məhkəmə bildirib ki, Həsən Toku bu sui-qəsd cəhdinə görə Azərbaycanda cəzasını çəkib və onun yenidən mühakimə edilməsi üçün zəruri şərtlər yoxdur.

Həsən Toku

Qeyd edək ki, Türkiyənin Ərzurum Universitetinin tələbəsi olan Həsən Toku Naxçıvan Universitetinin tələbəsi olan Aydın Qasımovla əlbir olaraq siyasi motivlərlə Heydər Əliyevi öldürməyi planlaşdırıb. Hasan Toku və 3 Azərbaycan vətəndaşı 1993-cü il, sentyabrın 30-da axşam saatlarında AzTV-nin qarajının qarşısında Heydər Əliyevi gözləyərkən polis tərəfindən yaxalanıblar. Azərbaycan məhkəməsi Hasan Tokunu 10 il həbsə məhkum edib. 8 il yarım həbs cəzası çəkdikdən sonra Heydər Əliyev onu əfv edib və H.Toku Türkiyəyə ekstradisiya olunub.

2002-ci ilin martında Türkiyəyə gedən H.Toku İstanbul aeroportunda yenidən həbs olunub. Onun barəsində «xarici ölkə başçısını öldürməyə cəhd» ittihamı ilə yeni cinayət işi qaldırılıb. Məhkəmə istintaqı dövründə o, azadlığa buraxılıb, 2009-cu ildə isə ömürlük həbs cəzasına məhkum edilib. Bu qərardan verilən şikayət əsasında 2012-ci ildə yüksək məhkəmə onun cəzasını 15 ilə endirib.

H.Toku bu qərardan Yarğıtaya şikayət verib və yüksək məhkəmə onun yenidən mühakimə edilməsinə ehtiyac olmadığını əsas gətirərək cəzanı ləğv edib.