«Qəzza xalqına simpatiyam var»
Barak Obama Yaxın Şərqdəki son vəziyyətlə bağlı çıxışı edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
ABŞ prezidenti Barak Obama Qəzza içərisində çətin şərtlər altında mübarizə aparan mülki insanlara böyük simpatiyası olduğunu söyləyib. «Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza içərisində çətin şərtlər altında mübarizə aparan sıravi insanlara böyük simpatiyam var».
ANS PRESS-in məlumatına görə, Obama ABŞ-Afrika Liderləri Zirvəsinin sonunda təşkil etdiyi mətbuat konfransında, İsrail ilə Həmas arasındakı atəşkəsin uzadılması səylərini və İsrail Baş naziri Binyamin Netanyanunun Qəzza hücumunu «haqlı və mütənasib» olaraq xarakterizə edən sözlərinə bağlı bir sualı cavablandırıb.
İsrailin məskunlaşma yerlərini hədəf alan raket hücumlarına qarşı özünü müdafiə etmə haqqını israrla dəstəklədiyinə diqqəti çəkən və Həması «məsuliyyətsiz» olmaqda ittiham edən Obama, bunun yanında, qadın və uşaqlar da daxil günahsız vətəndaşların başına gələnlərə görə təəssüfləndiyini bildirib.
Hal-hazırda ən azı müvəqqəti bir atəşkəsin təmin edilmiş olmasından çox xoşbəxt olduğunu ifadə edən Obama, indi soruşulması lazım olan problem, bu müvəqqəti atəşkəsin uzadılmasını necə təmin etməliyik sualıdır- deyə bildirib.
Misirdəki görüşləri dəstəklədiyini deyən Obama; «Məncə qısa müddətli hədəf, raket hücumlarının yenidən başlamayacağından, İsrail hökumətinin bu tunelləri blok etmə işinin tamamlandığından və bu qarşıdurmanın nəticəsində çox pis ziyan görən Qəzzanin yenidən inşasına köməkçi olma müddətinə girmiş olduğumuzdan əmin olmalıyıq. Qəzzada bundan sonra iqtisadi artıma və əhalisinin çoxunun cavan olduğunu nəzərə alaraq məşğulluq probleminə yönəlməliyik. Qəzza xalqına istiqamətli fürsətlərdən dəyişim görmək məcburiyyətindəyik « deyə bildirib.
«Qəzza xalqının ümidə ehtiyacı var» - deyən Obama, belə davam etdi: «Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza içərisində çətin şərtlər altında mübarizə verən sıravi insanlara böyük simpatiyam var. O zaman bu sual ortaya çıxır; İsrailin Qəzzanı atəşə tutmamasından və Qəzza xalqının dünyadan təcrid olunmuş vəziyyətdən çıxmasına bir yol tapa bilərikmi? Məncə əldə düsturlar var ancaq siyasi liderlər tərəfindən risklər alınması tələb olunur. Güvənin yavaş şəkildə yenidən yaradılması lazımdır ki, son şahid olduğumuz şiddətdən sonra bu əlbəttə çox çətin görünür. Bu səbəbdən o nöqtəyə dərhal çatacağımızı sanmıram. Ancaq ABŞ-ın hazırki hədəfi, atəşkəsin mühafizə edilməsi, Qəzzanin yenidən inşa müddətinə başlaması, Qəzza xalqının bir az ümid hiss eşitməsini və İsrail xalqının da son bir neçə həftə ərzində baş verdiyinə bənzər raket hücumlarına təkrar məruz qalmayacaqlarından əmin olmasını təmin edəcək tədbirlərin alınmasıdır».