vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
10:12 | 13 avqust 2014 | Çərşənbə Məqaləyə 2713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda daha bir qadağa

Hamiləlik testi reklamları yığışdırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda qadağalar siyahısına daha biri əlavə edilib. ANS PRESS-in məlumatına görə, İran məclisi ölkədə əhali sayının artma sürətini ləngidən addımların qarşısını almaq və doğum faizini artırmaq məqsədilə radikal qərarlar verib.

Qəbul edilən yeni qanuna əsasən, qadın və kişinin cinsi fəaliyyətini dayandıran və demoqrafik göstəricini aşağı sala biləcək tibbi əməliyyatların həyata keçirilməsi qadağan edilir. Qanuna tabe olmayan həkimlər haqqında isə ağır cəza tədbirləri görüləcək.

Məclisdə yer alan 231 millət vəkilindən 143-nün razılığı ilə qəbul edilən qanun çərçivəsində bütün media və mətbuat orqanlarında hamiləlik testi reklamına yer verilməyəcək.

Qeyd edək ki, İranın Ali dini lideri Ayətullah Xamneyi də bir neçə dəfə ölkədə əhalinin say artımında azalma olduğunu bildirərək, bunun qarşısının alınmasını istəmişdi.