vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
16:52 | 3 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 1226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarif Şurasından açıqlama

«Benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarif Şurası dünya bazarlarında neftin qiymətlərinin azalmasının davam etməsinə baxmayaraq, ölkədə benzinin ucuzlaşması üçün əsas görmür.

Bunu Trend-ə Tarif Şurasından deyiblər. Bu, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı benzin olmasından irəli gəlir.

Şuradan bildiriblər ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən xərclər və s.) dəyişməyib: «Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən «Premium Evro-95» markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurasl bu markanın qiymətini tənzimləmir».

Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 litrə görə 0,7 manat, «Premium Evro-95» markanın isə 0,95 manat səviyyəsində müəyyənləşdirilib.