vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
20:19 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2621 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaza görə güzəşt limiti artırıldı

Tarif Şurası həddi 2200 kubmetrə qaldırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılıb. Bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb.

Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.

Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir.

Ş.Mustafayevin bildirdiyinə görə, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 milyon abonent və ya 6 milyon nəfər istifadə edirdi: “Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70 faizdən 85 faizə yüksələcək”.