Ucuz neftdən qorxmayın
Hökumətin son vaxtlar müzakirə etdiyi məsələlərin çevrəsi göstərir ki, büdcənin tərtibində ciddi gərginlik var
Valeri VAYSBERQ, BBC Rus xidməti üçün
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Aydındır ki, aşağı neft qiymətlərinə uyğun şəkildə büdcə xərclərinin kəskin azaldılmasına edilən bütün cəhdlərin iflasa uğraması Nazirlər Kabineti üçün manevr məkanı qoymayıb. İndi siyasi baxımdan əsaslandırılmış xərclərin azaldılması və investisiyaların ixtisarı yolu qalır.
Buna görə də maliyyə nazirliyi ilə iqtisadiyyat nazirliyini birləşdirərək birillik büdcəyə keçilməsi kimi ideyaların yaranması təsadüfi deyildir. Lakin onların həyata keçirilməsi çətin ki, ağıllı bir hərəkət olsun.
Müasir Rusiya tarixində iqtisadiyyat və maliyyə nazirliklərinin birgə mövcud olduqları qısa müddət artıq 1991-ci ilin noyabrından 1992-ci ilin fevralınadək olub. Bu birgə nazirliyə Yeqor Qaydarın özü rəhbərlik edirdi ki, SSRİ-nin dağılması ilə yaranmış keçid dövrünə maksimum yumşaq daxil olmaq mümkün olsun. Yeri gəlmişkən, həmin supernazirlikdə indiki maliyyə naziri Anton Siluanov da işləyib.
25 il bundan əvvəl nazirliklərin birləşdirilməsi üçün motiv resursların tam defisiti ilə planlaşdırmanın son dərəcə qısa perspektivinin qoşalaşması idi. Elə ki Rusiya hökuməti 1992-ci ilin yanvarında SSRİ-nin xarici borcunun qaytarılmasının təxirə salınması barədə razılığa gəldi, «mühasiblər» və «iqtisadçılar» yenə də başqa-başqa nazirliklərə bölündülər. Amma indi, qəzetlərdə yazılanlardan çıxış etsək, görərik ki, itisadiyyat nazirliyinin birləşdirilməsi yox, ümumiyyətlə ləğv edilməsi təklif olunur.
Meteoroloq və hərbçilər
Hökumət, xərclərin planlaşdırılması üçün neft qiymətlərinin gözlənilən deyil, ötən 10 ildəki orta qiymət göstəricisindən istifadə etməyə başlayandan sonra, iqtisadiyyat nazirliyinin proqnozlarının əhəmiyyəti doğrudan da azalıb.
Öz biznes planlarını dövlət idarələrinin layihələrinə yönəldən şirkətlər böhran şəraitində çox vaxt acınacaqlı maliyyə vəziyyətinə düşürlər. Lakin əgər kimsə gələcəyə düzgün proqnoz verməyibsə, bu o demək deyilidir ki, gələcəyi proqnozlaşdırmaqdan əl çəkilməlidir.
Burada bir meteoroloq haqqında lətifə yada düşür. Bu meteoroloq bütün proqnozlarını hesabladıqdan sonra bu qənaətə gəlmişdi ki, nəticələr hərbçilərin gözləntilərini doğrultmur. Bunun cavabında müdafiə nazirliyi yazmışdı ki, biz hava proqnozlarının aşağı səviyyəsindən xəbərdarıq, lakin onlarsız heç nəyi planlaşdırmaq olmur.
Planlaşdırma, dəyişən xarici şəraitə uyğunlaşmaq deyil, qarşıya qoyulmuş məqsədlərə, hadisələrin müxtəlif variantlarda inkişafı şəraitində nail olunması yollarının tapılmasına can atılması deməkdir.
Birillik büdcəyə keçilməsi barədə müzakirələr onu göstərir ki, hökumət xərc strukturlarının sərtliyi və düşən neft qiymətləri şəraitində işləmək üçün ideyalara malik deyildir.
Panikaya düşməyə dəyərmi?
Lakin vəziyyət 1991-ci ildə olduğu qədər də ümidsiz deyil.
Əlbəttə, ötən avqustda bareli 25 dollar olan neft fantastikadan tamamilə mümkün ssenarilər sırasına keçəndən sonra, gələcəyə baxan istənilən şəxs qorxuya düşə bilərdi. Lakin panika üçün əsas yoxdur.
İlyarım ərzində xaricə 200 milyard dollar verə bilmiş Rusiya iqtisadiyyatının möhkəmlik ehtiyatına və yaşayış səviyyəsinin ciddi şəkildə düşməsi ilə üzləşmiş xalqın səbrinə yalnız qibtə etmək olar. Rusiyanın valyuta bazarı avqust ayında nisbətən normal fəaliyyət göstərə bilib və ifrat dollar tələbi yaranmayıb.
Rusiyada uzunmüddətli gündəliyə tələb nəinki azalmayıb, əksinə artıb. Bu gündəliyi formalaşdıran sahələr üzrə dövlət proqramları yox, xəzinənin nəyi və necə maliyyələşdirməsidir.
Planlaşdırma perspektivinin qısalması ilə büdcə investisiyaları daha faydalı və səmərəli olmur, lakin xərclərin böyük hissəsinin gələcəyə keçirilməsi üçün imkan yaranır. Əgər hökumət aşağı neft qiymətlərinin ciddi olduğunu və daha uzun müddətdə davam edəcəyini qəbul edirsə, onda bu xərcləri bəlkə də birdəfəlik unutmaq lazımdır.
Büdcə doğrudan da kapital xərclərin bir hissəsinin (məsələn kommersiya baxımından sərfəli istiqamələrdə yolların və dəmir yollarının tikintisi və ya daha geniş bazarlar üçün nəqliyyat vasitələrinin işlənməsi) birbaşa maliyyələşdirilməsi öhdəliyindən imtina etməlidir. Söhbət xüsusilə də öz gəlir mənbələri olan və bu və ya digər xərclərin zəruriliyini özləri müəyyən edən iri dövlət şirkətlərinin işlədiyi sahələrdən gedir.
Qərb ölkələrinin təcrübəsi göstərir ki, müdafiə sənayesi sektoru da kommersiya baxımından çox uğurlu ola bilər və heç də təkcə dövlət sifarişlərinin icrası ilə məşğul olması mühüm deyil. Bu yolda müvəffəqiyyət qazanmaq üçün bir sıra əsaslandırılmamış ambisiyalardan, məsələn milli təyyarə və milli avtomobillərin yaradılmasından əl çəkmək lazımdır.
Lakin maliyyə nazirliyi və büdcə prosesinin islahatı artıq tamamilə başqa bir istiqamətdə addım atılmasını tələb edir.