vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
16:35 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə 5 milyard tələb edir

Ankara məbləği artırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ölkəsinə sığınan suriyalı qaçqınlara görə Avropa Birliyindən (AB) ayrılan yardımın artırılmasını tələb edir. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ankara yardımın 5 milyard avroya qaldırılmasını istəyir.

Avropa Birliyinin yüksək rütbəli diplomatı «Die Welt»ə bildirib ki, Ankara 5 milyard istəyir, onların isə cəmi 3 milyard ayırmağa imkanı var. Diplomat onu da qeyd edib ki, Ankara yardımın mərhələlərlə, özü də ciddi yoxlama prosesindən sonra ayrılması fikri ilə razılaşmaq istəmir.

Qeyd edək ki, AB bu məbləği həm də Avropaya miqrant axınının qarşısını almaq üçün ödəyir.

Bu vəsait üzrə xərclərə qaçqınların saxlanılması ilə yanaşı, onlara məktəblərin tikilməsi də daxildir.

BMT-nin hesablamalarına görə, təkcə bu ay Türkiyədən Yunanıstana 53 800 miqrant keçib.