vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
15:36 | 31 yanvar 2016 | Bazar Məqaləyə 994 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qazaxıstanı qarışdıra biləcək həbs

Rusiyaya meylli iş adamının evindən silah və narkotik çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstanda polis iş adamı və ictimai fəal, Rusiya ilə yaxınlığı məlum olan Toxtar Tuleşovu həbs edib. Yerli mətbuatın yazdığına görə, bu addım Qazaxıstanın şimal qonşusu ilə münasibətlərini gərginləşdirə bilər.

Ölkənin ən iri pivə zavodlarından birinin icraçı direktoru olan Tuleşov Şimkənt şəhərində keçirilmiş əməliyyat nəticəsində həbs olunan dörd nəfərdən biridir.

İş adamına qarşı hansı ittihamların irəli sürüldüyü məlum olmasa da, DİN nümayəndəsi axtarış zamanı həbs edilənlərin evlərindən odlu silah və narkotik vasitələrin aşkar olunduğunu bildirib.