vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
17:10 | 31 yanvar 2016 | Bazar Məqaləyə 2071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

35 miqrant dənizdə batıb

73 nəfəri isə xilas etmək mümkün olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə daha bir miqrant faciəsinin şahidi olub. ANS PRESS-in məlumatına görə, Çanaqqalanın Ayvacıq rayonunda qeyri qanunu yollarla Yunanıstanın Midilli adasına getmək istəyən, miqrantların olduğu gəmi sulara qərq olub. Sahil Təhlükəsizlik Komandanlığından gəminin batması nəticəsində 35 insanın həyatını itirdiyi, 73 nəfərin isə xilas edildiyi bildirilir.

Batmağa başlayan, gəmidəki miqrantların “Alo 158” Sahil Təhlükəsizlik Xidməti orqanlarına zəng edərək, kömək istəməsindən sonra xilasedicilər iş başına keçib.

Bu, Türkiyədə baş verən ilk miqrant faciəsi deyil. Ötən ilin dekabrında Egey dənizində miqrantların olduğu rezin qayıq batıb. Nəticədə 31 nəfər ölüb. Onlar arasında uşaqlar və qadınlar da olub.

Elə həmin ilin dekabrın 19-da Muğlanın Bodrum rayonunda Yunanıstana keçmək istəyən miqrantla dolu gəmi batıb. Gəmidə olan 14 nəfər xilas olunsa da, 18 nəfər Egeyin soyuq sularında batıb. Sahildən iki mil aralıda batan taxtadan hazırlanan gəmidə Suriya , İraq və Pakistan vətəndaşları olublar.

Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində miqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.