vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
16:43 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin sponsoruna 7 il cəza

Levon Ayrapetyanın məhkəməsi başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Prokurorluğun nümayəndəsi 700 min dollar mənimsəməkdə təqsirkar bilinən əslən Qarabağdan olan tanınmış iş adamı Levon Ayrapetyanın 7 il azadlıqdan məhrum edilməsini istəyib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Qarabağdakı separatçı rejimə də dəstək verənin işinə Moskvanın Zamoskvoretski məhkəməsində baxılır.

Prokurorun fikrincə, Ayrapetyanın təqsiri şahidlərin, zərərçəkənlərin ifadələri və vəkili Sergey Antonovla telefon danışıqlarında sübut olunub. Bununla belə, erməni əslli iş adamının vəkili hesab edir ki, ona qarşı cinayət işi sifariş xarakterlidir.

Ayrapetyan «Başneft»in səhmlərinin satılması işi üzrə israfçılıq və pul vəsaitlərinin yuyulmasında ittiham olunur. O 2014-cü il iyunun 14-də «Domodedovo» hava limanında Nitsadan gələrkən saxlanılıb.