vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
15:16 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 1583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təpədən-dırnağa silahlanmış «begemot»

Britaniya qəzeti Rusiyanın yeganə armadasını «paslı vedrə»yə bənzədib

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya mətbuatı yazır ki, Rusiyanın Suriya regionuna gedən böyük gəmi karvanı hazırda Lamanş boğazından keçir. Gəmilər ətrafa sıx tüstü buraxır, lakin qəzetlərin yazdığına görə bu, hərbi məxfilik taktikasından daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözlərindən gizlətmək məqsədi güdür.

«Ekspress» yazır ki, Sovet erasından qalmış «Admiral Kuznetsov» təyyarədaşıyanını yedək gəmiləri müşayiət edir.

Britaniya Kral Donanmasının keçmiş zabiti Peter Roberts «Ekspress» qəzetinə deyib ki, dəniz kapitanı üçün öz gəmisinin yanında yedəkçiləri görməkdən dilxoredici səhnə ola bilməz.

«Bunu o vaxt edirlər ki, gəmi mütləq sıradan çıxmağa hazırlaşır» – deyib köhnə dənizçi.

Qəzet yazır ki, bu gəmi buxar turbinlərinin rənglənməsi üçün tez-tez porta qayıtmalı olub.

Ekspertlərin fikrincə, belə soyuqda köhnə gəmilərin boru sistemlərinin şaxtadan partlaması nadir hadisə deyil.

Vaxtilə bu Rusiya gəmilərində olmuş Britaniya dənizçiləri deyirlər ki, onların hətta tualetlərinin bəziləri işləmir.

Ekspertlərin fikrincə, «Admiral Kuznetsov» gəmisi o qədər köhnədir ki, 2011-ci ildə Aralıq dənizindəki ABŞ gəmiləri lazım gəlsə onu xilas etmək üçün çox yaxınlıqda lövbər atarmışlar.

Lakin köhnəliyinə baxmayaraq 55 tonluq «begemot» təpədən-dırnağa silahlıdır və 14 min kilometr məsafə qət edir.

Britaniya sahillərindən keçən Rusiya armadasını Kral Dəniz Donanmasının döyüş gəmiləri qarabaqara izləyir və bir an da olsun gözdən qoymurlar.

Kral Hərbi Hava Qüvvələrinin Rivet Coint casus təyyarəsi, habelə C130 «Hercules» və «Typhoon» nəqliyyat və qırıcı təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.