vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
18:24 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərkük məscidinə hava hücumu

13 qadın və uşaq ölüb

Mənzil qərargahı Nyu Yorkda olan insan haqları təşkilatı «Human Rights Watch» (HRW) bildirib ki, cümə günü İraqın Kərkük şəhəri yaxınlığında bir məscidə edilən hava hücumu zamanı azı 13 qadın və uşaq ölüb.

Əlində hücumla bağlı dəlillər olduğunu deyən təşkilat İraq Hava Qüvvələrindən bu hücumu araşdırmağı istəyib.

Özünü İslam Dövləti adlandıran qrupa qarşı ABŞ-ın liderlik etdiyi koalisiya bu hücumu etmədiyini bəyan edib.

HRW güman edir ki, hücumu İŞİD törədə bilər.

İŞİD həmin məsciddən 15 kilometr uzaqlıqdakı bölgəyə nəzarət edir.

İŞİD cümə günü Kərkükdə 19 nəfərin həlak olmasına səbəb olmuş başqa hücumlar həyata keçirib.