vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
16:31 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 865 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da seçki saxtakarlığı

3 nəfər həbs olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Virciniya və Florida ştatlarında polis erkən prezident seçkiləri proseduru zamanı saxtakarlığa yol verilməsi ittihamı ilə 3 nəfəri həbs edib. «Fox News» telekanalının verdiyi məlumata görə, Florida ştatında 2 qadın saxlanılıb.

Seçki məntəqəsinin 74 yaşlı əməkdaşı Qlaqos Kogqo qəsdən düzgün olmayan seçki sənədlərini qeydiyyata almaqda günahlandırılır. Saxlanılanlardan Tomiqa Korqelə gəlincə, o, erkən seçkilər zamanı ölən 5 şəxsin səsini qeydiyyata almaqda ittiham edilir.

Virciniyada isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Telekanal bildirir ki, Virciniya və Florida ştatları hazırda respublikaçıların namizədi Donald Tramp və demokratların namizədi Hillari Klintonun bir-biri ilə müqayisədə açıq üstünlüyə malik olmadıqları əsas ştatlar sırasındadır. (APA)