vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
00:07 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«FTB mənə müraciət etməyib»

Con Kerri: «Başqa şərh verə bilməyəcəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət katibi Con Kerri bildirib ki, Federal Təhqiqatlar Bürosu (FTB) Hillari Klintonun şəxsi email serverindən istifadə etməsilə bağlı başlamış yeni istintaqla əlaqədar ona müraciət etməyib.

«Mənə heç bir şeylə bağlı xəbər verilməyib, heç bir müraciət almamışam, nə də departamentə sorğu ilə bağlı da mənim heç bir məlumatım yoxdur. Başqa şərh verə bilməyəcəm», - deyə Kerri İrlandiyada mətbuat konfransında bildirib.

«Bir Amerika vətəndaşı kimi və partiyadan prezidentliyə keçmiş namizəd kimi baş verənlərlə bağlı çox şey demək istərdim, amma bunu edə bilmirəm və buna görə də başqa şərh verə bilməcəyəm», - deyə Con Kerri əlavə edib.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Kominin onun haqqında «elektron poçt» işi üzrə istintaqın yenidən başlanması səbəbini açıqlamasını istəyib.

Cümə günü Federal Təhqiqatlar Bürosunun başçısı bildirib ki, agentlik Hillari Klintonun elektron poçtundan şəxsi istifadə faktı üzrə yeni istintaqa başlayır.

İstintaq bildirir ki, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi işlədiyi dövrdə şəxsi serveri vasitəsi ilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli məlumatların yayılmasına şərait yaradıb.

Komi iyul ayında FTB-nin Klintonun mühakimə edilməyəcəyi haqda qərar verdiyini bildirmişdi. Lakin cümə günü verdiyi açıqlamada o deyi b ki, agentlik Klintonun elektron poçtundakı yeni emaillərdə gizli informasiyanın olub-olmadığını müəyyən etməyə çalışır.

Yeni istintaqla bağlı açıqlama ABŞ-da prezident seçki gününə 10 qalmış bir vaxt açıqlanır.