vaxtlı-vaxtında oxuyun! Bazar, 9 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SOSİAL  
00:20 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çoxuşaqlı ana nə vaxt pensiya ala bilər?

«Ən azı 10 illik sığorta stajı varsa, …»

İlkin İZZƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

İsa Abasov adlı şəxs Milli.Az-a müraciət edərək həyat yoldaşının pensiyaya çıxa bilməsi məsələsi ilə maraqlanıb: «Mənim həyat yoldaşımın 54 yaşı noyabrın 15-də tamam olur. Yoldaşım 6 uşaq anasıdır. Bilmək istəyirəm yoldaşım çoxuşaqlı ana kimi nə vaxt pensiyaya çıxa bilər? Bu zaman iş stajı nə dərəcədə lazımdır?»

Məsələ ilə ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, əgər xanım işləyirsə və ən azı 10 illik sığorta stajı varsa, artıq pensiya almaq hüququ var:

««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt əksini tapıb.   

Qanunda çoxuşaqlı qadınlar beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar kimi müəyyən olunub. Bildirilir ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası almaqdan ötrü  müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır».

Qeyd edək ki, hazırda qadınlar üçün əmək pensiyasına çıxmaq üçün yaş həddi 60-dır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *