vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
13:32 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrandan təkzib

«Nə «Taliban»ı dəstəkləyirik, nə də Yəmənə silah göndəririk»

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ rəsmisinin İranın Yəmənə silah və raket göndərməsi ilə bağlı iddiası həqiqətə uyğun deyil». APA bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

«Bu kimi iddialar elə bir vaxtda səslənir ki, İran, dünya ictimaiyyəti, vicdanlı insanlar, beynəlxalq təşkilatlar və QHT-lər silah istehsalçısı olan ölkələrin, müharibə alovlandıranların Səudiyyə Ərəbistanına silah satışını tənqid edirlər», - deyə o vurğulayıb.

B. Qasımi, həmçinin «Taliban» sözçüsünün İranın bu qruplaşmanı dəstəkləməsi ilə bağlı iddiasını təkzib edib: «İran İslam Respublikası region ölkələri arasında terror qruplaşmaları ilə mübarizədə həmişə ilk sırada olub və bu qruplaşmalarla mübarizədə indiyədək həm maddi, həm mənəvi baxımdan çoxlu itki verib».

O qeyd edib ki, bu kimi iddialar öncədən hazırlanmış planın tərkib hissəsidir və bu, terror qruplaşmasını dəstəkləyənlərin birbaşa göstərişi ilə baş verir: «Bu kimi iddialar dünya ictimaiyyətində İrana qarşı pis imic formalaşdırmaq məqsədi ilə ortaya atılır. İranın bu terror qruplaşmasını dəstəkləməsi iddiası açıq-aşkar yalandır».