vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AMERİKA  
20:21 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cadugərlər bayramında Tramp maskaları

«O, prezident seçilsə, mən Afrikaya qayıdacam»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da prezident seçkiləri üçün vaxtından əvvəl səsvermə prosesi davam edir. Belə bir vəziyyətdə FBI (Federal Təhlükəsizlik Bürosu) Klintona məxsus olduğu iddia edilən təxminən 650 min e-poçtun araşdırılmasına icazə verib. Demokratların namizədinə seçkilərin yaxınlaşdığı bir vaxtda bu böyük sürpriz olub.

«Avropa Gündəliyi» xarici mətbuata istinadən xəbər verir ki, istintaqın nə qədər  davam edəcəyi və bu vəziyyətin Klintonun səs nisbətini təsir edib-etməyəcəyi isə bilinmir.

Seçicilərdən biri qeyd edib ki,  bu vəziyyət Klintonun səs nisbətinə təsir edəcək.

«Xahiş edirəm, Klintondan əl çəksinlər. E-məktublarda böyük sirlər yoxdur. Onu rahat buraxın. Əgər Tramp prezident seçilərsə, mən Afrikaya geri qayıdacağam».

Bu ilki Cadugərlər Bayramında mövzu təbii ki prezident seçkisidir. Kostyumlarda xüsusilə Trampın təsviri üstünlük təşkil edib. Seçicilər bayram şənliyində Trampı əks edən maskalar taxıblar.