vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
23:46 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1898 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhqirə görə…

…Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AK partiyası CHP sədri Kamal Kılıçdaroğlu ilə partiya Məclisinin üzvlərindən «prezidenti təhqir»ə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

«Qafqazinfo»nun verdiyi məlumata görə, AK partiyanın baş katibi Əbdülhəmid Gül Tvitterdə paylaşdığı açıqlamada bildirib ki, CHP Məclisi tərəfindən AKP-yə, prezidentə, millət və ölkəyə qarşı təhqir və yalanlardan ibarət bəyanatlar yayımlanır.

«CHP-nin bu cür bəyanatlarına qarşı AKP olaraq Ankara Cümhuriyyət Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişik. CHP terror təşkilatlarının yanında, cümhuriyyətin və xalqın qarşısında dayandıqca bu millətdən lazımı cavabı almaqda davam edəcək», -deyə o söyləyib.

Qeyd edək ki, CHP noyabrın 6-da AKP və R.T.Ərdoğan əleyhinə bəyanat yayıb.

«FETÖ, PKK və İŞİD terror təşkilatlarına maliyyə yardımı göstərən Saray... və AKP rəhbərləri, demokratiya və ölkəmizin əbədiliyinə qarşı ən böyük təhdiddir», - deyə bəyanatda vurğulanıb.