Putindən Hillariyə təbrik «jest»i
Rusiya yaxın saatlarda Amerika seçkilərinin nəticələrini atəşfəşanlıqla qeyd edəcək
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Seçkiqabağı sorğu həyəcanı
Tramp və Bayden arasındakı uçurum dərinləşir
-
2027-ci il kabusuna hazırlıq
Böyük müharibədən əvvəl qızıl tədarükü – Çin 17 ayda rekord qırdı
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
Rusiyanın Aralıq dənizində cəmləşdirilmiş hərbi gəmi qruplaşmasının iştirakı ilə yaxın saatlarda Suriyada müxaliflərin mövqelərinə şiddətli aviasiya və raket zərbələri endiriləcək.
Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə «Admiral Kuznetsov» təyyarədaşıyan gəmisi və «Böyük Pyotr» raket kreyserinin başçılıq etdiyi gəmi qruplaşmasından həm qanadlı raketlərlə, həm təyyarələrlə yaraqlıların Hələb ətrafındakı mövqeləri vurulacaq. Habelə Rusiyanın Suriyadakı Hmeymim aviabazasından təyyarələr Hələbin bombalanmasını bərpa edəcək.
Bu məlumatı Rusiya Müdafiə Nazirliyi şərh etməyib. Lakin daha sonra «İnterfaks» hərbi qaynaqlardan məlumatı təsdiqlədə bilib. Mənbələr bildiriblər ki, «Admiral Kuznetsov» təyyarədaşıyanın göyərtəsindəki aviasiyanın da iştirakı ilə yaxın saatlarda Hələb ətrafına zərbələr endiriləcək. Mənbə terrorçuların Hələbin mühasirəsini yarmaq səylərinin nəticə verməyəcəyini bildirib.
Rusiyanın Şimal donanmasının gəmiləri «Admiral Kuznetsov» təyyarədaşıyanının başçılığı ilə bir neçə NATO ölkəsinin sahili boyu nümayişkaranə şəkildə üzərək bir neçə gün əvvəl Aralıq dənizinə çatıb. Yolboyu onlara Baltik donanmasının gəmiləri və Qara dəniz donanmasından təchizat gəmiləri qoşulub. Bu, Rusiyanın Aralıq dənizində ən irimiqyaslı qüvvə cəmləşdirməsidir.
Böyük Britaniya xarici kəşfiyyatı Rusiyanın Aralıq dənizinə qüvvə cəmləşdirməsinin Hələbə yeni hücum planı ilə bağlı olduğunu açıqlamışdı. Lakin Rusiya rəsmiləri bunu təkzib etmişdi. Bir çoxlarına görə Rusiyanın məqsədi sadəcə olaraq Qərbə güc nümayişi idi və hərbi baxımdan cəmi 20 təyyarə götürə bilən «Admiral Kuznetsov»un Şimal dənizindən Aralıq dənizinə dartılıb aparılması məntiqli deyildi.
Lakin indi təsdiqlənir ki, Rusiyanın Aralıq dənizinə gəmi qruplaşması cəmləşdirməsinin məqsədi məhz Hələbə yeni və güclü zərbələr endirməkdir. Özü də bu zərbələr ABŞ-da prezident seçkilərinin nəticələrinin elan olunması ilə eyni vaxtda başlayacaq. Başqa sözlə, Rusiya prezidenti Vladimir Putin ABŞ seçkilərinin nəticələrini atəşfəşanlıqla qeyd edəcək, bu atəşfəşanlıqda fişənglər deyil, raketlər və bombalar işə salınacaq.
Nədən Putin Hələbə zərbələri ABŞ seçkilərinin nəticələrinin açıqlanması ilə eyni vaxta təyin edib? Belə görünür ki, bu, «Putinin adamı» imici qazanmış Donald Trampın seçkilərdə az ehtimal olunan qələbəsini qeyd etmək məqsədi daşımır. Əksinə, böyük ehtimalla seçkiləri udacağı gözlənilən və Rusiyaya qarşı sərt xətt tərəfdarı olan Hillari Klintonu «təbrik etmək» üçün nəzərdə tutulur.
Xatırladaq ki, Barak Obama və administrasiyası Suriya məsələsinə, daha doğrusu bu məsələdə ABŞ-ın Rusiyaya uduzmasına görə tez-tez tənqid olunur. Hillari Klinton isə hakimiyyətə gələcəyi halda Rusiyanın Yaxın Şərqdəki aqressiv addımlarına sərt cavab veriləcəyi haqda danışırdı. Putin isə nümayiş etdirir ki, ABŞ-da hakimiyyətə Hillari Klintonun gəlməsi onun Suriya taktikasını dəyişdirə bilməz. Habelə o, bundan sonra da Rusiyanın maraqlarını təmin etmək üçün silahdan istifadədə tərəddüd etmək niyyətində deyil.