vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
18:02 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 783 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vergilər azaldılsın...

Seçkilərdə 84 faiz amerikalını nə maraqlandırıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalılar niyə demokrat namizədə yox, respublikaçı və eyni zamanda iş adamı olan Donald Trampa səs verməyə üstünlük verdilər? Buna səbəb nə idi?

«Pew Research Center»in araşdırmasına görə, amerikalı seçicilərinin 84 faizinin maraq dairəsini iqtisadi vəziyyətlə bağlı suallar təşkil edib.

Buna da əsas verən məqam o imiş ki, 2008-2016-cı illərdə orta amerikalının maddi durum səviyyəsi arzu olunacaq səviyyədə olmayıb. Belə ki, 2015-ci ilin yekunlarına görə, orta median ailənin illik gəliri 56,52 min dollar təşkil edib. Bu, 2007-ci il göstəricisindən ($57,42 min) azdır. 43 milyon amerikalı 2015-cı il statistikasına görə, bu səviyyədə gəlirə çata bilməyib, yəni kasıb sayılırlar. Tramp isə varisliyə görə vergini ləğv etmək istədiyini, fiziki şəxslər üçün maksimal vergilərin 39,6 faizdən 33 faizədək endiriləcəyini seçicilərinə söz verib.

Donald Tramp bütün əhali kateqoriyası üçün vergi yükünün azaldılmasını öz proqramına salıb və təbliğatının ana xəttinə çevirmişdi: ən aşağı gəlirlilər üçün (illik gəliri 23 min dollardan çox olmayan) vergilər 0,9 faiz azaldılsın, ən varlı təbəqə üçün isə 11,5 faiz. Varlılar təbəqəsi isə ABŞ vergiödəyicilərinin 2 faizini təşkil edir.

Tramp həmçinin bəyan edib ki, ölkədən şirkətlərin vergi ödəyicisi kimi çıxaraq daha münbit şəraitli ölkələrdə qeydiyyata düşməsini və bununla da ölkənin milyardlarla vəsaitdən məhrum olmasının qarşısını almaq üçün ən yaxşı yol mənfəət vergisinin azaldılaraq həmin ölkələrlə rəqabətədavamlı səviyyəyə çatdırılmasına nail olmaqdır. Bu məqsədlə Tramp biznes üçün mənfəət vergisini indiki 35 faizdən 15 faizə qədər endirməyi təklif edir ki, iri biznes İrlandiyaya və Böyük Britaniyaya «köç» etməsin.

Ancaq Tramp həmçinin Meksika və Çindən ABŞ-a idxal olunan mallara qarşı vergi rüsumlarının tərəfdarıdır. Bununla o yerli istehsalın tərəfdarı olduğunu nümayiş etdirmək istəyir və həmçinin miqrantların ölkədən çıxarılması vasitəsilə ölkədə saysız-hesabsız iş yerlərinin yaradılması ideyasının da faydasından danışır.

Bəs reallıq nəyi göstərəcək? Seçicilər öz həyatlarını dəyişmək üçün iş adamını prezident kürsüsünə qaldırmaqla ondan lazımi iş və məvacibi ala biləcəklərmi?