vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
20:52 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2084 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın görəcəyi ilk iş

Yeni prezident iki ay sonra fəaliyyətə başlayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni prezidenti Donald Tramp vəzifə səlahiyyətlərini təhvil aldıqdan sonra atacağı ilk addımlardan danışıb. O ilk növbədə beynəlxalq ticarət və miqrasiya məsələləri ilə məşğul olmağı planlaşdırır.

Donald Tramp, prezidentliyinin ilk günlərində ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxmaq proseduruna başlamaq niyyətindədir.

Yeni seçilmiş prezident, enerji qaynaqlarının işlənilməsi layihələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını bildirib. O, kiber hücumlara qarşı geniş müdafiə tədbirlərini nəzərdə tutan planın hazırlanacağını, eləcə də ölkədə lobbiçilərin fəaliyyətlərinin məhdudlaşdırılmasına yönələn planın həyata keçiriləcəyini deyib. Miqrasiya məsələlərinə gəlincə, Ağ evin yeni rəhbəri miqrantlara qarşı hakimiyyətin nəzarətini gücləndirəcək sistem yaradılacağını açıqlayıb.

Qeyd edək ki, Donald Tramp gələn il yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayacaq. Dünya ictimaiyyəti onun seçkiöncəsi verdiyi açıqlamaların nə dərəcədə həyata keçiriləcəyini maraqla izləyir.